📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu marşrut xətləri “Faiqoğlu”na verildi

2026-10-29 12:21:30

Bu marşrut xətləri “Faiqoğlu”na verildi

156 və 156A nömrəli müntəzəm marşrutlar üzrə avtobuslar yenilənir.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 1-dən metronun “Memar Əcəmi” stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənəcək.

Marşrut xətləri üzrə “İsuzu” markalı müasir və komfortlu avtobuslar daşımalara cəlb ediləcək.

Hər iki marşrut xətlərinin istismarı “Xaliq Faiqoğlu” şirkətinə həvalə edilib. Marşrutlar nağdsız qaydada fəaliyyət göstərəcək. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.