📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

2026-10-22 21:57:07

Bu marşrutların hərəkət sxemi dəyişdirilir

Sahil qəsəbəsində ictimai nəqliyyatın hərəkəti alternativ küçələrlə təşkil ediləcək.

Modern.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə istinadən (AYNA) xəbər verir ki, oktyabrın 23-dən Qaradağ rayonu, Sahil qəsəbəsinin Natiq Mustafayev küçəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.

Məhdudiyyət səbəbindən 149, 149E və 164 nömrəli marşrutların hərəkəti alternativ küçələrlə təşkil ediləcək.