📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu məhsul gömrük rüsumundan azad edildi

2023-08-05 11:48:00

Bu məhsul gömrük rüsumundan azad edildi

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə qərar imzalayıb.

Hurriyyet.az xəbər verir ki, qərarla Azərbaycan Respublikası Energetika Nazirliyinin təsdiqedici sənədlərinə əsasən iri neft emalı zavodlarının (xam neft üzrə illik emal gücü 3 milyon tondan az olmayan) yenidən qurulması layihələri çərçivəsində ölkəyə gətirilən avadanlıqlar və materiallar – 2023-cü il yanvarın 1-dən 2 il müddətinə gömrük rüsumundan azad olunur.