📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu məhsulların qiyməti 20 faiz artacaq - Diqqət!

2022-03-15 14:20:00

Bu məhsulların qiyməti 20 faiz artacaq - Diqqət!

Xəbər verdiyimiz kimi, Azərbaycan ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri artırılıb.

Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, tərkibində tütün və ya tütün əvəzləyicisi olan siqaretlərin aksiz dərəcəsi 1000 ədəd üçün 43 manatdan 46,5 manata qədər artırılıb.

Maraqlıdır, aksiz vergilərinin qalxması qiymətlərin hansı faizlə artımına səbəb olacaq? Bahalaşma özünü digər məhsullarda da göstərə bilərmi?

Hurriyyet.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a danışan iqtisadçı ekspert Natiq Cəfərli tütün məhsullarının və spirtli içkilərin 20 faiz bahalaşacağını deyib:


"Bu artım son illərdə artıq 4-cü dəfə baş verir. Tütün məmulatlarının və alkoqollu içkilərin aksiz vergilərinin artırılması digər məhsullara nisbətdə daha asandır, çünki bu artımı sağlam həyata təşviqlə əlaqələndirirlər. Bəzi hökumətlər düşünür ki, qiymətartımı insanları ziyanlı vərdişlərdən uzaqlaşdıra bilər. Aksiz vergilərinin artırılması tütün və alkoqollu içkilərdə təqribən 20 faizə qədər bahalaşma ilə nəticələnəcək.

Əgər tütün məhsullarında kəskin qiymət artımı olacaqsa, o zaman saxta məhsulların ölkəyə gətirilməsi, aksiz markası olmayan məhsulların qara bazarda yer almasına gətirib çıxaracaq. Bu isə insan sağlamlığına daha çox ziyan vuracaq. Buna görə də qızıl ortanı tapmaq lazımdır. Qiymətlərin kəskin artması qaçaqmalçılığın ciddi fəsadları ilə nəticələnəcək. Ona görə də qiymətlərin çox yüksəlməsinə imkan vermək olmaz”.