📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu məktəbdə keçilməyən dərslərin pulu alınıb - Araşdırma başladı

2023-02-01 16:18:00

Bu məktəbdə keçilməyən dərslərin pulu alınıb - Araşdırma başladı

Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı rayon prokurorluğunda araşdırma aparılıb. 

Bu barədə Cəlilabad rayon prokurorluğundan məlumat verilib.

Qeyd edilən məktəbdə 2022-ci ildə tədris edilməmiş dərs saatları və dərsdənkənar məşğələlərə görə əmək haqqı ödənilməsi nəticəsində dövlət büdcəsinə ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Cinayət Məcəlləsinin 179.2.3 (qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

yenisabah.az