📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu mərkəz Mədəniyyət Nazirliyinin tabeliyinə verilir

2026-09-22 10:26:44

Bu mərkəz Mədəniyyət Nazirliyinin tabeliyinə verilir

“İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və “Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilib.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyində olan “Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti Mədəniyyət Nazirliyinin tabeliyinə verilib.

Sənədə görə, İqtisadiyyat Nazirliyi və Mədəniyyət Nazirliyi qərardan irəli gələn məsələləri qanunvericilikdə nəzərdə tutulmuş qaydada həll etməlidir.