📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu məşhurların ailəsində həbs -ÖZƏL

2024-03-06 12:48:02

Bu məşhurların ailəsində həbs -ÖZƏL

Prezidentin Administrasiyasının Hərbi məsələlər şöbəsinin sabiq rəhbəri, səfir Məhərrəm Əliyev və vitse-spiker Adil Əliyevin qardaşı oğlu Abış Əliyev Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Hurriyyet.az xəbər verir ki, bu barədə gununsesi.info-ya Əliyevlər ailəsinə yaxın mənbələr bildirib.

Məlumata görə, hər iki məşhurun qardaşı Kərim Əliyevin övladı olan Abış Əliyev dələduzluqda ittiham olunur.

Fövqaladə Hallar Nazirliyində çalışmış Abış Əliyev çoxsaylı vətəndaşlara qarşı dələduzluq əməlləri törədib.

Qeyd edək ki, Kərim Əliyev bir neçə il əvvəl vəfat edib.