📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu MTK-nın sahibi həbs edildi - Çoxsaylı şikayətlər əsasında

2026-11-23 15:16:09

Bu MTK-nın sahibi həbs edildi - Çoxsaylı şikayətlər əsasında

“Vesta Construction” MTK-nın sahibi Ceyhun Musarza oğlu Quliyev həbs edilib.

Hurriyyet.net Qafqazmedia.az istinadən xəbər verir ki,  əldə etdiyi məlumata görə, o, 1 milyon manatdan çox dələduzluqda ittiham olunur.

Şirkət rəhbəri çoxsaylı vətəndaş şikayəti əsasında polis tərəfindən saxlanılıb.

İttihama görə, “Vesta Construction” MTK tərəfindən eyni mənzil bir neçə şəxsə satılıb. Bu yolla satılan mənzillərin sayı çoxdur. 

Ona qarşı Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə yekun ittiham verilib. İş üzrə 7 nəfər zərərçəkmiş var.

Qeyd edək ki, sözügedən şirkətlə bağlı saytımıza da şikayət daxil olmuşdu.