📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu müharibə belə bitməyəcək, dünya müharibəsinə səbəb olacaq - Zelenski

2022-03-08 12:11:00

Bu müharibə belə bitməyəcək, dünya müharibəsinə səbəb olacaq - Zelenski

“İnanın mənə, bir çox Qərb liderləri ilə görüşmüşəm. Bu müharibə belə bitməyəcək. Bu, dünya müharibəsinə səbəb olacaq”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

Zelenski bu dəfə Amerikanın ABC televiziyasından Putini dialoqa çağırıb.

Lakin o, “Rusiyanın ultimatumlarını qəbul etməyə hazır deyilik” bəyanatı ilə mövqelərini dəyişməyəcəklərinə işarə edib.

"Putin yalan xəbərlərin içində yaşamaqdansa danışmağa, dialoqa başlamalıdır. Putinə çatdırılan məlumatın nə dərəcədə real olduğunu bilmirik", - deyə Zelenski bildirib.