📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu, münaqişənin mahiyyətini dəyişəcək - Zaxarova

2024-11-18 23:50:38

Bu, münaqişənin mahiyyətini dəyişəcək - Zaxarova

Qərbin Rusiya ərazisinə raket hücumlarına Moskvanın cavabı adekvat və hiss olunacaqdır.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova Qərbin Ukraynaya uzaqmənzilli raketlərdən istifadəyə icazə verməsi ilə bağlı xəbərləri şərh edərkən bildirib.

"Kiyevin uzaqmənzilli raketlərdən istifadə etməsi ABŞ və onun peyklərinin hərbi əməliyyatlarda birbaşa iştirakı demək olacaq və bu, münaqişənin mahiyyətini dəyişəcək", - Zaxarova qeyd edib. \\Ölkə.az