📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ölkə Azərbaycanda konsulluq açır

2023-09-23 17:07:25

Bu ölkə Azərbaycanda konsulluq açır

Cənubu Afrika Respublikası (CAR) tezliklə Azərbaycanda konsulluq açmağı planlaşdırır.

Hurriyyet.az xəbər verir ki, bunu Report-a açıqlamasında CAR-ın Türkiyədəki səfiri, eyni zamanda Azərbaycanda da akkreditə olunan səfir Dipuo Berta Letsatsi-Dubau bildirib.

Onun sözlərinə görə, ölkəsi ilə Azərbaycan arasında münasibətlər günü-gündən inkişaf edir.

Səfir deyib ki, CAR-ın Bakıda konsulluq açması Azərbaycanla ölkəsi arasında əlaqələrin daha da genişlənməsinə səbəb olacaq.

Bakıda keçirilən son Qoşulmama Hərəkatı toplantısında iştirak etdiyini diqqətə çatdıran Dipuo Berta Letsatsi-Dubau tədbirin yüksək səviyyədə keçirilməsindən razılığını ifadə edib:

“Bakı ev sahibi olaraq öz işinin öhdəsindən çox yaxşı gələ bildi və tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu”.