📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ölkə müharibəyə daxil olur - Rusiyadan ŞOK BƏYANAT

2023-04-20 14:43:00

Bu ölkə müharibəyə daxil olur - Rusiyadan ŞOK BƏYANAT

Kremlin sözçüsü Dmitri Peskov Cənubi Koreya prezidenti Yoon Suk Yeolun Ukraynaya daha çox dəstək verə biləcəklərinə dair açıqlamasını tənqid edib.

Hurriyyet.az xəbər verir ki, Peskov Cənubi Koreyanın Ukrayna müharibəsi başlayandan bəri onlara qarşı düşmənçilik etdiyini bildirib.

"Sanksiyalarla bağlı yeni bir şey yoxdur. Cənubi Koreya bu mövzuda düşmən mövqe sərgiləyib. Təəssüf ki, Seul bütün dövr ərzində düşmənçilik edib. Bu ölkə getdikcə daha çox münaqişənin içinə daxil olur” - Kremlin sözçüsü deyib.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı müharibə səbəbindən Cənubi Koreya Rusiyaya qarşı iqtisadi sanksiyalar tətbiq edib. Ölkə prezidenti Yoon Suk Yeol Rusiyanın Ukraynada mülki şəxslərə hücumlarını davam etdirəcəyi təqdirdə Ukraynaya dəstəyi artıracaqlarını ifadə edib.

Musavat.com