📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ölkə Rusiya ilə sərhəddə sədd tikməyə başladı

2022-11-02 15:30:00

Bu ölkə Rusiya ilə sərhəddə sədd tikməyə başladı

Polşa Rusiya ilə sərhəddə təhlükəsizliyi gücləndirmək qərarı verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə Polşa Baş nazirinin müavini, müdafiə naziri Mariuş Blaşak deyib.

"Kalininqrad vilayəti ilə sərhəddə təhlükəsizliyi artıracaq tədbirlər görmək qərarına gəlmişəm. Polşa Rusiya Federasiyasının Kalininqrad vilayəti ilə sərhədində hündürlüyü 2,5 metr, eni 3 metr olan tikanlı məftilli hasarın tikintisinə başlayıb. Artıq bu gün Polşa ordusunun istehkamçılarının, əsgərlərinin iştirakı ilə Polşa-Rusiya sərhədində müvəqqəti maneənin tikintisinə başlanılıb”, - o bildirib.

olke.az