Bu ölkə Rusiyaya qarşı sanksiyalara şübhə edir
Belçikalı nazir Rusiya qazına qarşı sanksiyaların tətbiqinə şübhə ilə yanaşıb.
Hurriyyet.az xəbər verir ki, Belçikanın energetika naziri Tinne van der Straten Avropa İttifaqının Rusiya qazına qarşı sanksiya tətbiqinə inanmır. Çünki belə bir qərarın assosiasiyanın bütün ölkələrinin dəstəyini tələb etdiyini düşünür. O, bu fikri "Financial Times"a müsahibəsində bildirib.
Qeyd edək ki, Belçika bu il Rusiyanın mayeləşdirilmiş təbii qazının ikinci ən böyük istehlakçısı olub (17%). Nazirin fikrincə, Aİ-nin 2027-ci ilə qədər Rusiyanın qalıq yanacaqlarını əvəz etmək məqsədinə çatması vacibdir.
O əlavə edib: "Bizim edə biləcəyimiz ən təsirli şey ... ümumiyyətlə, qalıq yanacaq olmadan necə getməyi öyrənmək və enerjini özümüzün idarə edə biləcəyimizə əmin olmaqdır"./publika.az/