📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ölkədə 7,1 bal gücündə zəlzələ oldu: Sunami xəbərdarlığı edildi

2023-12-07 20:20:14

Bu ölkədə 7,1 bal gücündə zəlzələ oldu: Sunami xəbərdarlığı edildi

Sakit okeanın Vanuatu sahillərində 7,1 bal gücündə zəlzələ baş verib.

Bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Məlumatda bildirilir ki,  zəlzələ Sakit Okeandakı bir qrup ada olan Vanuatunun Tanna adasında Isangeldən 123 kilometr cənubda baş verdib. 

Təxminən 49 kilometr dərinlikdə baş verən zəlzələdə can və mal itkisi ilə bağlı hələlik açıqlama verilməyib.

Qeyd edək ki, zəlzələdən sonra sunami xəbərdarlığı edilib. \\Manşet.az