📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ölkədə də “Meymun çiçəyi” aşkarlandı

2022-05-21 11:17:00

Bu ölkədə də “Meymun çiçəyi” aşkarlandı

İsraildə “Meymun çiçəyi” xəstəliyinə ilk yoluxma halı aşkarlanıb.

Hurriyyet.az xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.

Məlumata görə, xəstəliyə yoluxan şəxs 30 yaşlarında kişidir. Onun paytaxt Təl Əvivdə xəstəxanaların birinə yerləşdirildiyi, vəziyyətinin isə normal olduğu bildirilir.

Qeyd edək ki, “Meymun çiçəyi” xəstəliyi İngiltərə, İspaniya, Portuqaliya, ABŞ, İtaliya, İsveç, Belçika, Avstraliya və Kanada kimi ölkələrdə də aşkarlanıb.