📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ölkədə deputatlara “TikTok”dan istifadə qadağan edildi

2023-03-17 10:22:00

Bu ölkədə deputatlara “TikTok”dan istifadə qadağan edildi

Yeni Zelandiyada deputatlara rəsmi mobil telefonlarda “TikTok” sosial şəbəkə tətbiqindən istifadə etmək qadağan edilib. 

Hurriyyet.az xəbər verir ki, bu barədə “New Zealand Herald” nəşri yazıb. 

Quraşdırılmış “TikTok” tətbiqi martın 31-dən deputatların bütün telefonlarında işləməyəcək. 

Parlament administrasiyasının rəhbəri Rafael Qonsales-Montero bildirib ki, millət vəkilləri və parlamentin bütün əməkdaşlarına “TikTok”un bütün xidmət cihazlarından silinəcəyi barədə məlumat verilib: 

“Parlamentin hazırkı iş mühitində bu risklər qəbuledilməzdir. Peşə vəzifələrini yerinə yetirmək üçün buna ehtiyacı olanlar üçün güzəştlər ediləcək”. (report)