📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ölkədə güclü zəlzələ oldu

2025-05-04 00:16:49

Bu ölkədə güclü zəlzələ oldu

İndoneziya sahillərində 6 maqnitudalı zəlzələ qeydə alınıb.

Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələnin episentri Qorontalo şəhərindən 155 km cənub-qərbdə, ocağı 109 km dərinlikdə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib. \\Metbuat.az