📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ölkədə qızdırma 181 nəfərin həyatına son qoydu

2023-10-03 20:34:28

Bu ölkədə qızdırma 181 nəfərin həyatına son qoydu

Nigeriyada bu il ərzində Lassa qızdırmasından ölənlərin sayı 181-ə yüksəlib.

Bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi açıqlama yayıb.

Ölümcül epidemiyanın heyvanlardan insana keçərək yayıldığı bildirilib. Lassa qızdırmasının ölkədə yanvar-sentyabr ayları arasında epidemiyanın 28 əyalətin 112 bölgəsində, o cümlədən paytaxt Abucada meydana gəldiyi, deyilib.

Açıqlamada qeyd olunub ki, həmin zaman müddətində 1068 nəfərdə Lassa qızdırması aşkar edilib. \\32gun.az