Kiprin paytaxtı Lefkoşada Rusiyanın Ukraynadakı hərəkətlərinə dəstək nümayişi keçirilib.
Bu barədə TASS məlumat yayıb.
Bildirilib ki, günortadan sonra Rusiya səfirliyinin binası ilə üzbəüz küçədə Qərb siyasətçiləri tərəfindən Moskvaya qarşı irəli sürülən və mətbuatda yer alan ittihamların əleyhdarları toplaşmağa başlayıb. Onlarla etirazçı əllərində Rusiya bayraqları tutaraq diplomatik missiyanın ərazisinin hasarının yanında "Rusiya həqiqəti deyir", "Rusiya, biz sizinləyik", "Ukraynada NATO yoxdur və" kimi şüarlar səsləndiriblər.
Mənbə: Sonxeber.az