📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ölkədə vatsap qadağan oluna bilər

2023-03-10 20:25:00

Bu ölkədə vatsap qadağan oluna bilər

Vatsap mesajlaşma tətbiqi “Onlayn Təhlükəsizlik Aktı”na görə tezliklə Böyük Britaniyada qadağan oluna bilər.

Bu haqda “Meta”nın vatsap rəhbəri Uil Katkart açıqlama verib.

Bildirilib ki, “Onlayn Təhlükəsizlik Aktı”  tətbiqi hazırda xidmətdə mesajları qoruyan “ucdan-uca şifrələmə”ni zəiflətməyə məcbur edə bilər.

Hökumət şirkəti bu təhlükəsizliyi zəiflətməyə məcbur edərsə, vatsap bundan imtina edəcək və proqramın ölkə daxilində tamamilə qadağan olunacağı ehtimalı var. \\Qafqazinfo