📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu ölkədən Rusiyaya “çağırış”: Rədd ol!

2023-07-27 13:37:00

Bu ölkədən Rusiyaya “çağırış”: Rədd ol!

Çexiya Rusiya Xarici İşlər Nazirliyinin rusofobiya ilə bağlı ittihamlarına cavab olaraq, Moskvanı Ukraynadan “rədd olmağa” çağırıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Çexiya XİN-in rəsmi Tvitter səhifəsində məlumat yayılıb.

“Çexiyanın xroniki problemləri: biz uşaqları qaçırmırıq, xəstəxanaları bombalamırıq və qonşu ölkələri işğal etmirik. Ukraynadan rədd olun!” - məlumatda deyilir.

Qeyd edək ki, Rusiya insan haqları ilə bağlı tənqidi hesabat dərc edib. Hesabatın Çexiyaya həsr olunmuş hissəsində Moskva Praqanın ifadə azadlığını məhdudlaşdırmasına, qaraçılara və digər azlıqlara qarşı ayrı-seçkiliyə işarə edib, həmçinin onu rusofobiyanı qızışdırmaqda ittiham edib.

Vurğulanıb ki, Çexiyanın xroniki problemlərini həll etmək əvəzinə ölkə hakimiyyəti dağıdıcı xarici siyasət avantüralarına əl atıb.