📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu problemin həlli üçün Bakı ilə danışıqlar aparırıq - Qriqoryan

2021-09-24 15:07:00

Bu problemin həlli üçün Bakı ilə danışıqlar aparırıq - Qriqoryan

İrəvan və Bakı Rusiyanın vasitəçiliyi ilə Gorus-Qafan yolunda problemin həlli üçün danışıqlar aparır.

Hurriyyet.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Biz bu məsələni bütün səviyyələrdə qaldırırıq ki, problemi tez həll edək. Bu məsələni Rusiyadan olan tərəfdaşlarımızla və Azərbaycan tərəfi ilə müzakirə edirik. Danışıqlar problemin həlli istiqamətində aparılır”, - deyə o bildirib.