📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu, Putinin yeganə gəlir mənbəyidir

2022-05-23 09:31:00

Bu, Putinin yeganə gəlir mənbəyidir

Rusiya Prezidenti Vladimir Putin çətin ki, Niderland, İtaliya və Almaniya kimi böyük ölkələrə qaz kranını bağlasın.

Hurriyyet.az xəbər verir ki, bunu Avropa Komissiyasının vitse-prezidenti Frans Timmermans deyib.

"Çünki bu halda o özünə daha çox zərər verəcək", - o bildirib.

Timmersansın sözlərinə görə, Putin indi əsasən kiçik alıcılara təzyiq göstərir:

"O, böyük oyunçuları öz tərəfində saxlamağa üstünlük verərdi, çünki bu, onun yeganə qazanc mənbəyidir".

Timmermans əlavə edib ki, Avropa nəhayət Rusiya qazından tamamilə müstəqil olmaq üçün digər qaz tədarükçülərini axtarmaqla məşğuldur:

"Rusiya bu yaxınlarda Polşa, Bolqarıstan və Finlandiyaya qaz verməyi dayandırdı, çünki bu ölkələr rublla ödəniş etməkdən imtina etdilər".