Bu qarşıdurma kəskin fazaya gətirib çıxara bilər - Batya
2021-11-09 19:39:00
Belarus-Polşa sərhədində Yaxın Şərq miqrantları ilə bağlı qarşıdurma kəskin fazaya gətirib çıxara bilər. Bu, təxribatlar üçün zəmindir.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenkonun sözlərinə görə, istənilən təxribat törədilə bilər:
"Mən artıq hərbçilərimə xəbərdarlıq edirəm: uşaqlar, diqqətlə baxın!
Qeyd edək ki, hazırda Belarus-Polşa sərhədində 2 mindən çox miqrant cəmləşib. \\Axar