Bu, Qərb-Rusiya müharibəsidir? - Makronun cavabı
2022-03-03 09:25:00
Biz Rusiya ilə döyüşmürük.
Hurriyyet.az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron xalqa müraciətində deyib.
O bildirib ki, Ukraynada müharibə Avropada “boşluq” yaradıb:
“Məhz Putin bir-birinin ardınca beynəlxalq öhdəliklərə xəyanət edərək müharibəni seçdi. Bu, bəzilərinin bizim düşünməyimizi istədiyi kimi Qərb-Rusiya müharibəsi deyil. Ukraynada NATO bazası yoxdur. Yalandır. Rusiya təcavüzkardır. Bu müharibə nasizmə qarşı müharibə deyil. Yalandır”.