📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu qida 1 aya qanı zəhərləyir, sağlamlığı məhv edir

2024-09-06 21:06:34

Bu qida 1 aya qanı zəhərləyir, sağlamlığı məhv edir

Alimlər sağlamlığı 1 aya məhv edən yeməyi tapıblar.

Hurriyyet.Az xəbər verir ki, Oksford universiteti tədqiqatçıları 2 qrup könüllü üzərində bir neçə ay müşahidə aparıblar.

İştirakçılar 2-3 ay müntəzəm eyni qidaları qəbul ediblər.

Bir qrup 1 ay müxtəlif yağlı şirin desertlər yeyiblər.

Digər qrup yağları balıq, qoz, zeytundan qəbul ediblər.

Nəticələr göstərib ki, yüksək doymuş yağlarla qidalanan qrupun qan göstəriciləri və sağlamlığı 1 aya pisləşib.

Metobolik, ürək-damar problemləri riski yüksəlib. Damarlarda pis xolesterin, qaraciyərdə piylənmə faizi artıb.

Digər qrup yarımdoymuş yağlarla qidalananlarda isə əksinə lipid və ümumi xolesterinin səviyyəsi 10% azalıb.

Elmi işin müəllifi Nikol Srnik bildirib ki, ürək-damarların sağlamlığı üçün yağın miqdarı yox, tipi və keyfiyyəti vacibdir.

Amma maraqlı məqam odur ki, mənfi dəyişikliklər çox qısa müddətdə sürətlə baş verir. 3 ay belə qidalanmaq kifayətdir ki, ürək xəstəlikləri hətta artıq çəki və piylənmə olmadan artsın”.

Alimlər şirniyyat, kruasan, peçenye və pirojnaların hər gün yeyilməsini tövsiyə etmir. \\BakuPost.Az