📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu quruma yeni hüquq verildi

2025-03-11 16:53:08

Bu quruma yeni hüquq verildi

Əmlak Məsələləri Dövlət Xidmətinə yeni hüquq verilib.

Hurriyyet.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı Fərmanda “İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nə edilən dəyişiklikdə əksini tapıb.

Xidmətin hüquqları sırasına üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsi çərçivəsində əmlakın satılmasına, icarəyə və ya idarəetməyə verilməsinədək əmlaka qulluqla əlaqədar tədbirləri və üzərinə həbs qoyulmuş əmlakın idarə edilməsini təşkil etmək, habelə əmlakın idarə edilməsi ilə bağlı rəy vermək daxil edilib.