📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu rayona dolu yağdı

2025-05-13 21:42:57

Bu rayona dolu yağdı

Gəncə və ətraf rayonlarda müşahidə olunan qeyri-sabit hava şəraiti Daşkəsən rayonunda da öz təsirini göstərib.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, bu gün axşam saatlarında yağan leysandan sonra təxminən 5–10 dəqiqə ərzində rayonun bir neçə kəndinə dolu yağıb.

Dolu əsasən qısa müddətli olub və ciddi fəsadlara yol açmayıb.

Hazırda isə qərb bölgəsində yağıntılı hava şəraiti davam edir.