📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu rayonda 20-yə yaxın kənd işıqsız qaldı

2023-10-03 20:10:32

Bu rayonda 20-yə yaxın kənd işıqsız qaldı

Xaçmaz rayonunda müşahidə edilən güclü yağış elektrik təsərrüfatına ziyan vurub, 20-yə yaxın kənd işıqsız qalıb.

Hazırda rayonun 20-dən çox kəndində elekrtik enerjisinin verlişində fasilə yaranib.

Belə ki, Əhmədoba, Müşkür, Hacıəhmədoba, Qaracəlli, Xəzərli, Qusarçay, Çiləgir, Çinartala xətləri istiqamətində yerləşən 20-ə yaxın kənd qaranlığa qərq olub.

Xaçmaz Elektrik Şəbəkəsindən bildirilib ki, rayon ərazisində 10kV-luq xətdə qəza vaş verib. Yaranan fəsadların aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Briqadalar əraziyə cəlb olunub. \\Report.Az