📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu rayonda təbii qaz kəsiləcək - VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ

2022-04-13 19:25:00

Bu rayonda təbii qaz kəsiləcək - VƏTƏNDAŞLARA XƏBƏRDARLIQ

“Qaz İxrac” İdarəsinə məxsus “Ucar-Zərdab” yüksək təzyiqli magistral qaz kəmərində təmir işləri aparılacaq.

Hurriyyet.az xəbər verir ki, təmir işləri ilə əlaqədar 14 aprel tarixində saat 09:00-dan işlər başa çatanadək “Zərdab” QPS-dən və “Zərdab asfalt beton zavodu” ölçü qovşağından qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan zaman Zərdab rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq.