📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu rayonlara qar yağmağa başladı

2025-03-24 21:06:18

Bu rayonlara qar yağmağa başladı

Saat 18:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında, Kürdəmir, Oğuz, Qəbələ, İsmayıllı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Astara, Xaçmaz və Şabrana yağış yağır.

Şamaxı, Qobustan, Altıağac, Qusar, Quba, Xaltan, Xınalıq, Qax, Şahdağ, Lerik və Şəkiyə arabir qar yağır.