Bu, Rusiyanın müharibə cinayətlərini sübut edir - Zelenski
2022-04-09 12:43:00
Bizim gizli kəşfiyyat xidmətimizdə rus əsgərlərin səs yazıları mövcuddur.
Bu da Rusiyanın müharibə cinayətlərini sübut edir.
Hurriyyet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ-ın CBS telekanalına açıqlamasında deyib.
O bildirib ki, ailələri ilə danışan rus hərbçilər törətdikləri cinayətləri etiraf edirlər:
“Onlar nə oğurladıqlarını, kimləri qaçırdıqlarını danışırlar. Bundan başqa, hərbi əsirlərin insanları öldürdüklərini etiraf edən qeydləri də var. Həmçinin, həbsxanada saxlanılan rus pilotların üzərində bombalanacaq mülki hədəflərin xəritələri də çıxdı”.