📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu sazişə dair sənəd ratifikasiya edildi

2026-11-24 13:41:11

Bu sazişə dair sənəd ratifikasiya edildi

Milli Məclis Abşeron dəniz bloku ilə bağlı sazişə dair sənədi ratifikasiya edib.

Hurriyyet.net  xəbər verir ki, bu, parlamentin bu gün keçirilən plenar iclasında “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “TotalEnergies EP Absheron B.V.”, “SOCAR Absheron” və “ADNOC International ProjectCo 1 RSC Limited” şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Məsələ müzakirələrdən sonra səsə qoyularaq qəbul edilib.