📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu səhər Bakı metrosunda nə baş verib? - AÇIQLAMA

2022-04-13 11:09:00

Bu səhər Bakı metrosunda nə baş verib? - AÇIQLAMA

“Həzi Aslanov-Dərnəgül” istiqamətində hərəkət edən qatarda texniki nasazlıq ehtimalı olub. 

Bu barədə Oxu.Az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov məlumat verib.

O bildirib ki, bu səbəbdən “Neftçilər” stansiyasında, normativ tələblərə görə, maşinistin tələbinə uyğun olaraq, sərnişinlər düşürülüblər və qatar texniki baxış üçün stansiya dalanına verilib:

“Nəticədə xətdə iki dəqiqə yubanma yaranıb. Xəttə əvəzinə qatar verilib”.

***

Bakı metrosunda qatarda nasazlıq olub.

Hurriyyet.az xəbər verir ki, metronun “Neftçilər” stansiyasında qatarın qapısı bir neçə dəfə açılıb-bağlanıb.

Bu səbəbdən sərnişinlər qatardan boşaldılıblar.

Problemin nədən qaynaqlandığı araşdırılır.