📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu şəhər uğrunda payızda ilk ciddi döyüş olacaq - Ekspert

2024-08-22 12:37:21

Bu şəhər uğrunda payızda ilk ciddi döyüş olacaq - Ekspert

Rusiya qüvvələri Pokrovsk istiqamətində Ukrayna Müdafiə Qüvvələrinə təzyiqlərini dayandırmır.

Hurriyyet.az xəbər verir ki, bunu ukraynalı hərbi analitik İvan Stupak bildirib.

Ekspertin fikrincə, rusların Pokrovskda məqsədi Donetsk vilayətindəki Ukrayna qrupunu iki komponentə - şərti şimal və cənuba yolunu kəsməkdir. Yəni, klassik döyüş sənətinə görə, düşmənin qüvvələrini parçalamaq və onları hissə-hissə "yemək":

“Düşmən Pokrovska doğru irəliləməyə davam edir və yerli əhalinin təxliyəsinə cəmi bir-iki həftə qalıb. Ukrayna rəhbərliyi bəyan edib ki, Pokrovsk şəhərinin yerli sakinlərinin öz şəhərlərini təhlükəsiz tərk etmək üçün 14 gün vaxtları var. Çox güman ki, payızda Pokrovsk şəhəri üçün ilk ciddi döyüşləri görəcəyik".

axar.az