📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu şəhərdə ictimai nəqliyyat pulsuz olacaq

2023-12-23 00:21:23

Bu şəhərdə ictimai nəqliyyat pulsuz olacaq

Fransanın cənubunda yerləşən Monpelye şəhərində yeni ildən ictimai nəqliyyat şəhər sakinləri üçün pulsuz olacaq.

Monpelye bələdiyyəsi tərəfindən verilən açıqlamada qərarın yeni ildən qüvvəyə minəcəyi, lakin şəhərə gələn turistlərin rüsum ödəməyə davam edəcəyi bildirilib.

Qeyd edək ki, Monpelye şəhəri Fransanın 8-ci ən böyük şəhəridir. Şəhərin əhalisi 478 min nəfərdir. \\Sfera.az