"Bu, separatizmin sonu deməkdir" - MƏHƏMMƏD ƏSƏDULLAZADƏ
"Bu gün Azərbaycana qarşı beynəlxalq təzyiq yoxdur, çünki prezident İlham Əliyev prosesi uğurla həyata keçirir"
"Azərbaycanın Qarabağda erməni azlığa humanitar yardım göndərməsi, nəqliyyat vasitələrinin birbaşa Ağdam-Xankəndi yolu ilə maneəsiz Xankəndiyə getməsi, separatizmin sonu deməkdir". Hurriyyet.az xəbər verir ki, bunu Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə qeyd edib.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri onu da bildirib ki, BMT Təhlükəsizlik Şurasının iclasında Azərbaycanla bağlı hər hansı bir mənfi proses olmadı: "Artıq Xankəndi və ətrafında konstitusiya quruluşunun bərpası istiqamətində işlər başlayacaq. Bu gün Azərbaycana qarşı beynəlxalq təzyiq yoxdur. Çünki prezident İlham Əliyev prosesi uğurla həyata keçirir".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az