📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“BU ŞƏXSİN ƏLİNDƏN MƏHKUM ÖZÜNÜ ASARAQ İNTİHAR EDİB” – Ədliyyə nazirinə sensasion müraciət

2022-04-13 12:51:00

“BU ŞƏXSİN ƏLİNDƏN MƏHKUM ÖZÜNÜ ASARAQ İNTİHAR EDİB” – Ədliyyə nazirinə sensasion müraciət

Bakı şəhəri, Nizami küçəsi 53, mənzil 41-də yaşayan Abdullayev Böyükağa Abdulla oğlu özünün “Facebook” səhifəsində Ədliyyə naziri Fikrət Məmmədova, digər aidiyyəti qurumlarına, eləcə də Azərbaycan xalqına müraciət ünvanlayıb. Hurriyyet.az həmin müraciəti olduğu kimi oxucularına təqdim edir:

“Cənab nazir Fikrət Məmmədovun yanında şəkildə gördüyünüz bu sifət yəqin ki, Sizlərə tanış gəlir. Bu insanlıqdan kənar sifət barədə müəyyən müddətdir ki, sosial şəbəkələrdə postlar paylaşıram. 17 saylı zonda işlədiyi 6 ayda pul üstündə döyərək 4 məhkumu qətlə yetirdiyi barədə hüquq mühafizə orqanlarına  və sair qurumlara rəsmi məlumat vermişəm. Bu yorucu sifətin məsuliyyətə cəlb edilməsini tələb və xahiş etmişəm.

Şəkildə gördüyünüz bu şəxsi cənab nazir 17 saylı Cəzaçəkmə Müəssisəsindən kənarlaşdırdı, 11 saylı Cəzaçəkmə Müəssisəsinə rəis qoydu, yəni yerini dəyişdi.

Bu gün aldığım məlumata görə, 3-gün bundan qabaq 15 saylıdan 17-ci zona, 17-ci zondan da özü ilə 11 saylı zona apardığı aktivist (gizlindən iş verən) məhkumu digər məhbuslar deşici-kəsici alətlə vürmuş, girov götürmüş və rəhbərliyi tələb etmişlər. Nəticədə aktivist məhkumu girovluqdan azad etmək üçün müəssisəyə hərbçilər girmişdir. Deyilənə görə, bir nəfər məhkum şəkildə gördüyünüz bu şəxsin əlindən özünü asaraq intihar etmişdir. Həmin adamın 11 saylı zonda bir ayının tamam olmasına 6 gün qalmış bu hadisə törədilmişdir. Demək, hələ 40-ı çıxmamışdır.

Birinci növbədə Ədliyyə naziri Fikrət müəllimdən xahiş edirəm. Məhkumlara qənim kəsilən, məhkumları pula görə döyərək qətlə yetirən bu şəxs barəsində tədbir görülməsinə göstəriş verin. Axı, heç kim o qaranlıq aləmdən sğortalanmamışdır. Axı o məhkumları da ana doğmuşdur. Onlar da bir atanın boyunu bəstədiyi, böyütdüyü bir övladdır. Fikrət müəllim, Siz necə razı olursunuz ki, kiminsə balasını rəis qoyduğunuz kəs vəhşicəsinə döyərək qətlə yetirsin.

Ey mənim xalqım! Bu məsələyə rəynizi bildirin. Bəlkə mən səhv edirəm, söyün məni... Nə desəniz, qəbulumdur. Ancaq bu məsələyə biganə qalmayın.

11 saylı Cəzaçəkmə Müəssisəsində cəzaçəkən məhkumların valideyinləri, yatmayın, 3 gündür zonda “komendat saatı”dır, fövqəladə rejimdir. Bu məsələ həllini tapana kimi bütün dünya dövlətlərinə müraciət edəcəyəm...”.

Hurriyyet.az

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.