📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu şəxslər əks-göstəriş üçün onlayn müraciət edə biləcək

2021-12-13 14:23:00

Bu şəxslər əks-göstəriş üçün onlayn müraciət edə biləcək

COVİD-19 əleyhinə vaksinlərə qarşı əks-göstərişləri olan şəxslərin əks-göstəriş sertifikatı da artıq “Elektron səhiyyə” mobil tətbiqinə inteqrasiya edilib.

Səhiyyə Nazirliyindən Hurriyyet.az-a verilən məlumata görə, həmçinin, aşağıda qeyd olunmuş vətəndaşlar bu tətbiq vasitəsilə əks- göstəriş sertifikatının alınması ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edə bilər.

-Hamilə qadınlar

-Dağınıq skleroz

-Süd verən analar

Müraciət etdikdən sonra vətəndaş qeyd olunmuş hal üzrə müvafiq registrlərdə mövcud olduğu təqdirdə avtomatik olaraq əks-göstəriş sertifikatı mobil tətbiqdə əks olunacaq. Bu hallardan əlavə digər diaqnozlar olduğu təqdirdə vətəndaş əks-göstəriş sertifikatı almaq üçün ərazi üzrə qeydiyyatda olduğu poliklinikasına müraciət edə bilər.

Elektron Səhiyyə mobil tətbiqini Android əməliyyat sistemli cihazlarda Google Play-dən (Play Market), İOS əməliyyat sistemli cihazlarda isə APP Store-dan asanlıqda yükləyə bilərsiniz.

Qeyd edək ki, Elektron Səhiyyə Mobil tətbiqindən qeydiyyat Asan loginə inteqrasiya olunub