📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu şəxslər üçün də “dəfn pulu” verilə bilər – təklif

2025-03-15 10:03:48

Bu şəxslər üçün də “dəfn pulu” verilə bilər – təklif

“İlk dəfə əmək fəaliyyətinə başlayanalar üçün sağlamlıq arayışının rüsum ödənilmədən verilməsinin təmin edilməsi təklif edilib”.

Hurriyyet.az xəbər verir ki, bunu parlamentin iclasında deputat Musa Quliyev Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatına münasibət bildirərkən deyib.

Deputat işləməyən şəxslərə də dəfn xərclərinin verilməsi məsələsinə baxılmasını təklif edib:

“Müəyyən qədər sosial sığorta stajı və hesabında sığorta kapitalı olan işləməyən şəxslər vəfat etdikdə onlara dəfn xərcləri üçün müavinət verilməsi məsələsi öz həllini tapsın”.

Tribunainfo.az