📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu şəxslərə ŞAD XƏBƏR: Sentyabrın 1-dən maaşları artacaq

2022-08-19 09:55:00

Bu şəxslərə ŞAD XƏBƏR: Sentyabrın 1-dən maaşları artacaq

Prezident İlham Əliyev dövlət ümumi təhsil müəssisələrinin rəhbər işçilərinin və həmin təhsil müəssisələrinin təhsilverənlərinin vəzifə maaşlarına aylıq əlavələr müəyyən edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən bu ilin sentyabrın 1-dən müəllim, direktor və müavinlərinin vəzifə maaşlarına aylıq əlavələr ediləcək.

Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov əlavələrin məbləği ilə bağlı "Xəzər Xəbər"ə bildirib ki, Nazirlər Kabineti qaydaları təsdiq etdikdən sonra detallar daha geniş şəkildə ictimaiyyətə çatdırılacaq.

Qeyd edək ki, müəllimlərin vəzifə maaşlarına aylıq əlavələrin edilməsi sertifikatlaşmanın nəticəsinə görə təyin olunacaq.