Bu şəxslərin Rusiyanı tərk etməsi qadağan oluna bilər
2022-09-21 23:49:00
Səfərbərlik elan edildikdən sonra ruslar kütləvi şəkildə ölkəni tərk etməyə başlayıb.
Meduza prezident administrasiyasındakı mənbələrə istinadən xəbər verir ki, Rusiyanın ali rəhbərliyi ölkədə 1941-ci ildən bəri ilk dəfə səfərbərliyə görə səyahət məhdudiyyətlərinin qoyulmasını istisna etmir.
Onların fikrincə, yekun qərar hüquq-mühafizə orqanlarının mövqeyindən, eləcə də vətəndaşların ölkədən qaçmasının nə qədər kütləvi hal alacağından asılı olacaq.
Səyahət qadağası səfərbərliyə uyğun kişilərə şamil oluna bilər: sərhədi keçərkən onlardan hərbi qeydiyyat və çağırış idarəsindən arayış-icazə tələb edilə bilər. \\KONKRET.az