📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu siniflərdə Azərbaycan dili üzrə saatlar artırılıb - RƏSMİ

2021-09-13 09:27:00

Bu siniflərdə Azərbaycan dili üzrə saatlar artırılıb - RƏSMİ

“Tədrisi qeyri-dillərdə təşkil olunmuş siniflərdə Azərbaycan dili saatları  təxminən 2 dəfə artırılıb, o cümlədən “Zəfər tarixi” dərsliyi Azərbaycan dilində tədris olunacaq”.

Hurriyyet.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev “Real TV”də yayımlanan “Mir Şahinin vaxtı” verilişinə müsahibəsində bildirib.

“Eyni zamanda, biz bəzi hallarda müşahidə edirik ki, Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda Azərbaycan dili imtahanından aşağı bal yığan məzunlarımız var. Məqsədimiz dilimizi daha yaxşı öyrənməkdir. Bu baxımdan düşünürəm ki, faydalı qərardır və ictimaiyyət də bunu müsbət qarşılayacaq”, - deyə o əlavə edib.

"Tədrisimizi arasıkəsilmədən sona çatdıracağımıza ümidliyik" - Təhsil naziri

“Peyvənd vurdurmayıb prosesi ləngitmək doğru deyil” - Emin Əmrullayev