📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu tarixdə rus ordusu tükənəcək - ABŞ generalı

2022-06-13 09:53:00

Bu tarixdə rus ordusu tükənəcək - ABŞ generalı

Ukraynaya qarşı müharibə zamanı Rusiya ordusu artıq hücum potensialını itirib.

Hurriyyet.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı quru qoşunlarının keçmiş komandanı, general-leytenant Ben Hoces deyib.

"Problemlərə baxmayaraq, rusların artilleriya və MLRS-də üstünlüyü hələ də var. Lakin fikrimcə, bu, onların (Rusiya ordusunun - red.) son hücum atışları ola bilər. Onlar artıq irəliləməyə davam edə bilmirlər. Əsgərləri tükənib, maddi-texniki təminatı pozulub", - o bildirib.

Hoces qeyd edib ki, avqustun sonuna qədər, bəlkə də ondan da əvvəl Rusiya silahlı qüvvələri artilleriyadan atəş açmaqdan başqa heç nəyə qadir olmayacaq.