📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu tarixdə Yerə yaxınlaşacaq və... - Alimlər elan etdi

2026-04-15 15:43:35

Bu tarixdə Yerə yaxınlaşacaq və... - Alimlər elan etdi

Bu həftə sonu Yerə daha bir maqnit fırtınası yaxınlaşacaq.

Publika.az  xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş astronomiyası laboratoriyasının mütəxəssisləri məlumat yayıb.

Bildirilib ki, hazırda Günəşdə sakitlik hökm sürür. Mütəxəssislərin sözlərinə görə, alışma aktivliyi aşağıdır, geomaqnit vəziyyət sabitdir.

Həftə sonuna doğru isə Yerə növbəti geomaqnit pozuntuları dalğası gələcək. Lakin bu vaxta qədər kosmik hava şəraitində heç bir mühüm hadisə gözlənilmir.