📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu tələbələr təhsil haqqından azad olundu

2023-08-24 12:50:38

Bu tələbələr təhsil haqqından azad olundu

Elm və Təhsil Nazirliyi təhsilin müxtəlif pillə və səviyyələri üzrə təhsil xərcindən azad olunan imtiyazlı şəxslərin kateqoriyasını açıqlayıb.

Hurriyyet.az xəbər verir ki, həmin şəxslər 6 kateqoriyaya bölünür.

Bunlar məcburi köçkün statuslu şəxslər, valideyn himayəsindən məhrum olmuş şəxslər, əlilliyi müəyyən edilmiş şəxslər, şəhid statusu alan şəxslər, şəhid və müharibə əlillərinin övladları və müharibə veteranlarıdır.