📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bu tərəvəzlər ucuzlaşacaq — İqtisadçı səbəbini AÇIQLADI

2024-08-14 00:11:08

Bu tərəvəzlər ucuzlaşacaq — İqtisadçı səbəbini AÇIQLADI

Bəzi qida məhsulları, meyvə və tərəvəzlər iyul ayında bahalaşıb. Dövlət Statistika Komitəsinin məlumatına görə daha çox bahalaşma qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, yumurtanın, kərə və zeytun yağlarının, limonun, albalının, gilasın, göyərtinin, pomidorun, xiyarın, göy lobyanın qiymətlərində müşahidə olunub. İyul ayında əvvəlki aya nisbətən ucuzlaşma isə günəbaxan və qarğıdalı yağlarının, armudun, alçanın, gavalının, əriyin, şaftalının, qarpızın, yemişin, çiyələyin, şirin bibərin, badımcanın, süfrə çuğundurunun, kartofun, soğanın qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.  
İqtisadçı ekspert Akif Nəsirli Demokrat.az-a açıqlamasında deyib ki, sadalanan məhsullarının gələcək aylarda da ucuzlaşması gözlənilmir:
“Ət, toyuq, kərə yağı, zeytun yağı ümumiyyətlə ucuzlaşmayacaq, çünki ölkədə qıtdır. Albalı, gilasın mövsümü bitir, ucuzlaşmasından söhbət gedə bilməz. Göyərti və xiyar yay aylarında daha baha olur. Statistikadakı məhsulların içindən pomidor ucuzlaşa bilər, çünki kütləvi şəkildə yetişdirilir. Xiyar və limon payıza doğru ucuzlaşa bilər. Limonun mövsümü gəlsə də məhsuldarlıq az gözlənilir, xiyarın məhsuldarlığı isə əksinə artacaq. Artıq havalar soyumağa başlayır, yayın son həftələridir. Mövsüm bitkiləri, meyvə və tərəvəzlər azalmağa başlayacaq, bu da qiymətlərdə öz təsirini göstərəcək”.

Törə Zeynallı