“Bu, təxribata yol açmaq üçün atılmış bir addımdır” — TƏHLİL
“Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İranın Təbriz şəhərində Baş Konsulluq açmaq niyyətində olduqlarını təsdiqləyib”.
Hurriyyet.Az bildirir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Fuad Abbasov deyib.
“Ermənistan xarici işlər nazirliyinin Təbriz sevdası əlbəttə ki, Azərbaycanı qlıcıqlandırmaqla əlaqədardır. Çünki bizim bildiyimiz qədəri ilə dünya praktikasında belə görünüb ki, paytaxtlarda səfirlik açılır. Ermənistanın səfirliyi də böyük ehtimalla Tehran şəhərində vardır. Amma, konsulluq şöbələri həmin ölkənin, səfirlik açan ölkənin əhalisinin çox sıx yaşadığı şəhərlərdə açılmalıdır. Misal üçün göstərək, azərbaycanlılar Sankt-Peterburq şəhərində çox yaşayırlar. Onunla əlaqədar olaraq Azərbaycanın Sankt-Peterburq şəhərində konsulluq şöbəsi var, amma səfirlik Moskvadadır. Ermənistanın da səfirliyinin Tehranda olması normaldır. Amma, konsulluğunun Təbrizdə olmasının heç bir anlamı yoxdur. Çünki Təbrizdə ermənilər çoxluq təşkil etmir. Erməniləri toplam toplasan Təbrizdə nə qədər yaşayır, yəni sayı çox az olar. Bu, ancaq və ancaq Azərbaycan tərəfini qıcıqlandırmaq üçün növbəti provakasiyadır. Yəni, bunu təxribata yol açmaq üçün atılmış bir addım qiymətləndirirəm”.
Aynurə