📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bu, Türkiyənin mövqeyinin yüksəlişinin göstəricisidir” – Ukraynadan açıqlama

2023-07-10 13:19:00

“Bu, Türkiyənin mövqeyinin yüksəlişinin göstəricisidir” – Ukraynadan açıqlama

Hurriyyet.az xəbər verir ki, Ukraynanın Türkiyədəki səfiri Vasili Bodnar Kiyev ilə Ankaranın Ukraynanın “Azov”  alayının beş komandirinin ölkəsinə qayıtması barəsində razılaşmalarından danışıb.

Səfir deyib: “Mənə bəlli olduğuna görə, bizim hərbçilərimizin qaytarılması ilə hansısa şərt irəli sürülməyib. Əksinə, bu, məhz Türkiyənin mediator kimi mövqeyinin xüsusiliyini göstərir... Onun rolu mühümdür. Çünki, bunun hesaına Türkiyənin qlobal oyunç kimi mövqeyi yüksəlir...”

Bodnar qeyd edib ki, “azovçuların” qayıtması  “Ukrayna üçün xeyirxah addım” olmaqla yanaşı, ilk növbədə Ankaranın Moskva ilə kommunikasiyada mövqeyinin möhkəmlənməsi deməkdir.

Hürr Tərcüman